Dünya
Rusiya Krıma nüvə silahı yerləşdirə bilər
"Ruslara Krımda nüvə silahı yerləşdirmək üçün heç nə mane olmur".
Publika.az xəbər verir ki, bu barədə Amerikalı politoloq Zbigniev Brzezinski Brüsseldə Marşal İnstitutundakı çıxışında deyib. Onun fikrincə, bunun qarşısını almaqdan ötrü qanuni qadağa da yoxdur.
"Buna görə də, düşünürəm ki, onlar yəqin bunu edəcəklər" - politoloq əlavə edib.
Brzezinski deyib ki, onu daha çox son həftələrdə Putin və rejiminin şüurlu şəkildə Qərbə birbaşa və ya dolayı yolla nüvə təhlükəsi nümayiş etdirməsi narahat edir.
Politoloq deyir ki, son onilliklərdə belə şey baş verməmişdi və bu, çox təhlükəlidir.
Brzezinski əlavə edib, Minsk razılaşmasına hörmətlə yanaşılsa, bu, situasiyanın nizama salınmasında başlanğıc nöqtəsi ola bilər. «Ancaq bu halda da bütün problemlər, eləcə də Krım problemi birdəfəlik həll edilməyəcək» - Z.Brzezinski bildirib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."