• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Buşun İraq yalanı ortaya çıxdı

  • Dünya
  • 22 Mart 2015 03:15
  • 1 094 Baxış
Buşun İraq yalanı ortaya çıxdı

ABŞ Konqresindən İraqın işğalı üçün səlahiyyət alınmasında istifadə olunan 93 səhifəlik kəşfiyyat hesabatının böyük hissəsinin gizliliyi aradan qaldırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İraq işğalından əvvəl hazırladığı kəşfiyyat hesabatında Səddam Hüseynin kütləvi qırğın silahı istehsal etdiyini sübut etmək üçün lazımı dəlillərin olmadığı dövrün ABŞ prezidenti Corc Buşa bildirilib.

Amma Corc Buş rəhbərliyi müharibədən əvvəl bildirmişdi ki, kəşfiyyat hesabatları qəti şəkildə İraqda kütləvi qırğın silahlarının olduğunu təsdiqləyib. Hesabatda diqqət çəkən digər bir məqam odur ki, Səddam Hüseynin nüvə silahına sahib olmaq niyyətinə baxmayaraq, bunu əldə etmək üçün lazımı materiallar və avadanlıqların olmadığı Buş rəhbərliyinə çatdırılıb.

Hesabatda həmin dövrün ABŞ dövlət katibi Donald Ramsfeldin İraq rejimi ilə “Əl-Qaidə” arasında əməkdaşlıq olduğuna dair bəyanatı da təsdiq edilmir. ABŞ 2003-ci ildə kütləvi qırğın silahları bəhanəsi ilə İraqı işğal etsə də, sözügedən silahları tapmaq mümkün olmadı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR