Serbiya NATO-ya daxil olmaq niyyətində deyil
Bizi izləyin

Dünya

Serbiya NATO-ya daxil olmaq niyyətində deyil

Serbiya neytral ölkədir və NATO-ya daxil olmaq məqsədi yoxdur.

Bu barədə Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç ölkənin Pink telekanalına müsahibəsində məlumat verib. İ.Daçiç qeyd edib ki, Serbiya Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində NATO ilə əməkdaşlıq edir, lakin bu, ölkənin neytrallıq məsələsində mövqeyinin dəyişməsi demək deyil. “Biz hərbi baxımdan neytralıq və NATO-ya üzv olmaq niyyətimiz yoxdur”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, Serbiya parlamenti 2007-ci ildə hərbi ittifaqlarla bağlı neytrallığa dair qətnamə qəbul edib. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində NATO ilə əməkdaşlıq haqda qərar isə rəsmi Belqrad tərəfindən 2014-cü ilin dekabrında qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm