• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qəzaya uğrayan təyyarənin pilotu haqqında yeni məlumat

  • Dünya
  • 28 Mart 2015 04:12
  • 576 Baxış
Qəzaya uğrayan təyyarənin pilotu haqqında yeni məlumat

Martın 24-də Fransanın Alpes-les-Bains regionunda qəzaya uğrayan Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin ikinci pilotu Andreas Lubitz barədə əldə edilən yeni faktlar müəmmalı qəzanın başvermə səbəblərinə qismən aydınlıq gətirməkdədir.


Əldə edilən yeni məlumata görə, ciddi depressiya keçirən pilot müalicəsi ilə əlaqədar martın 16-dan 29-dək işdə olmamalı idi. Pilot qəza baş verən gün - martın 24-də xəstə olduğunu gizlədərək hansı yollasa əldə etdiyi sağlamlıq kağızını uçuş komissiyasına təqdim edib.

Pilotun qaldığı mənzillərdə axtarış aparan Düsseldorf polisi A.Lubitzin ciddi depressiya keçirməsi, 2008-ci ildən isə psixi xəstə kimi qeydiyyatda olması barədə mühüm sənədlər əldə etdiyini açıqlayıb. Axtarışa rəhbərlik edən polis rəsmisi istintaq üçün daha vacib olan bir sənədin də tapıldığını bildirib. Amma o, həmin sənədin məzmunu barədə məlumat verməkdən imtina edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR