• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hakimiyyət və müxalifət arasında barışıq əldə olundu - Yenilənib

  • Dünya
  • 20 Fevral 2014 02:16
  • 635 Baxış
Hakimiyyət və müxalifət arasında barışıq əldə olundu - Yenilənib

Ukrayna prezidenti müxalifətin üç lideri ilə görüşüb.

Rusiya mətbuatı xəbər verir ki, görüş Viktor Yanukoviç və müxalifət liderləri-Vitali Kliçko, Vrseni Yatsenyuk, Oleq Tyaqnibokla Prezident Administrasiyasının binasında keçirilib.

Görüşdə ölkəni bürüyən böhrandan çıxış yolları müzakirə edilib.Viktor Yanukoviç işçi qrupuna böhrandan çıxış yolları ilə bağlı danışıqları sürətləndirməyi tapşırıb.

Qeyd edək ki, etirazçılar Ukraynanın Aqrar siyasət və ərzaq Nazirliyinin binasını yenidən ələ keçiriblər. Nazirliyin binası daha öncə yanvarın 24-də ələ keçirilsə də yanvarın 29-da boşaldılmışdı.

YENİLƏNMƏ

Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri il görüşündə barışıq razılığı əldə olunub. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Batkişvina” fraksiyasının lideri Arseni Yatsenyuk görüşdən sonra bəyan edib.

Onun sözlərinə görə, tərəflər Ukraynadakı sosial-siyasi ğöhranın nizamlanması ətrafında danışıqlara başlamaq barədə qərar qəbul ediblər.

“Bu, pozitiv xəbərdir - Maydana hücum və meydanın təmizlənməsi planı ləğv edilib. İndi barışıq və vəziyyətin sabitləşməsi üçün danışıqlar prosesinə başlandığı elan edilib”, - Arseni Yatsunyuk bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR