Dünya
Nemtsovun qatilindən şok açıqlamalar
Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev onu saxlamazdan əvvəl oğurlandığını bildirib.
Bu haqda Dadayev bu gün keçirilən məhkəmədə qeyd edib.
"Məni martın 5-də oğurlayaıblar və martın 7-də saxlandığımı mənə
dedilər. Bu iki günü mən harada idim? Bu iki gün ərzində mənimlə
bağlı nə baş verdi? Bütün bu vaxt ərzində mənə harada olduğumu və
necə ifadə verəcəyimi mənə başa salırdılar", - deyə Dadayev
bildirib.
Prokurorun sözlərinə görə, ona təzyiq və oğurluq barədə şikayətlər
daxil olmayıb. Müstəntiq Dadayevin səsləndirdiyi fikirləri
yoxlayacağına dair söz verib.
Qeyd edək ki, bundan əvvəl Dadayev məhkəmədə təzyiq altında ifadə
verdiyini bildirib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə
23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar.
Onlardan dördü hədəfə dəyib.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO