İŞİD fələstinlilərin qaçqın düşərgəsini ələ keçirdi
Bizi izləyin

Dünya

İŞİD fələstinlilərin qaçqın düşərgəsini ələ keçirdi

İŞİD terror təşkilatının silahlıları Suriyanın paytaxt Dəməşqin cənubunda yerləşən və fələstinli qaçqınların yaşadığı Yermuk qaçqın düşərgəsinə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 1-də səhər saatlarında başlayan hücumların nəticəsində düşərgənin böyük hissəsi İŞİD-in əlinə keçib.

Fələstin Azadlıq Təşkilatı Dəməşqdəki səlahiyyətlisi Ənver Abdulhadi də İŞİD-in qaçqın düşərgəsinə hücumu barədə informasiyanı təsdiqləyib.

Yermuk qaçqın düşərgəsi Suriyadakı vətəndaş müharibəsindən ən çox zərər çəkən bölgələrdən biridir. Əvvəllər 160 min nəfərin yaşadığı düşərgədə əhalinin sayı 18 minə qədər azalıb. 2012-ci ilin dekabrında Suriyanın bəzi müxalif qrupların düşərgədə yerləşməsi ilə qarşıdurmalar buraya sıçrayıb.

Dəməşq rejimi “terrorizmlə mübarizə” bəhanəsi ilə düşərgəni tez-tez hədəfə alır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm