• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şəhərdə kütləvi məzarlıq aşkarlandı

  • Dünya
  • 3 Aprel 2015 01:08
  • 585 Baxış
Şəhərdə kütləvi məzarlıq aşkarlandı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İslam Dövləti yaraqlılarının Suriya və İraqdakı mövqelərini bombalayıb.

Publika.az-ın məlumatına görə, koalisiya qüvvələrinin hərbi təyyarələri aprelin 2-də yaraqlıların Suriyanın Kobani şəhəri ətrafındakı mövqelərinə zərbələr endiriblər. İraqda isə yaraqlıların Baici, Fəllucə,Sincar və Ramadi yaxınlığındakı mövqeləri vurulub.

İraqın hökumət qoşunları ilə şiə qrupları şəhərə daxil olduğundan Tikritin havadan bombalanması dayandırılıb.

İraqın daxili işlər naziri Muhammad al-Ghabanın sözlərinə görə hökumət qüvvələri şəhərdə kütləvi məzarlıq aşkar edib. Onların yaraqlılar ötən ilin iyununda şəhəri zəbt etdikdən sonra öldürüldükləri güman edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR