Misirdə 15 əsgər və 2 mülki sakin öldürülüb
Bizi izləyin

Dünya

Misirdə 15 əsgər və 2 mülki sakin öldürülüb

Misirin Sinay yarmadasında yaraqlıların nəzarət-buraxılış məntəqəsinə hücum etməsi nəticəsində 15 əsgər və 2 mülki sakin ölüb.

Publika.az xəbər verir ki, bu barədə Misirin təhlükəsialik xidməti məlumat yayıb. Məlumata görə, yaraqlılar məntəqəni avtomat silahlar və minaatanlardan atəşə tutublar. Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma İslam Dövləti yaraqlıları ilə əlbir olan yerli qrup yarmadada bu cür hücumlar törədirlər.

Keçmiş islamçı prezident Muhammad Morsinin 2013-cü ildə devrilməsindən sonra islamçı yaraqlılar yarmadada yüzlərlə hərbçi və polis öldürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm