Dünya
"İranla razılıq dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır"
“Bu, İranı nüvə silahı istehsalından çəkindirəcək, ölkəmiz, müttəfiqlərimiz və bütün dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır”.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama həftəlik müraciətində İranla nüvə anlaşmasını şərh edərkən deyib.
Prezident deyib ki, razılıq gərgin bir diplomatiyanın nəticəsidir. O, sənəddə İranın nüvə proqramının məhdudlaşdırılması və nüvə silahı əldə edilməsinə yol verilməməsi kimi mühüm fikir ayrılıqlarının həllinin yer aldığını vurğulayıb.
ABŞ dövlət başçısı razlığın İranı nüvə bombası üçün uran zənginləşdirməkdən çəkindirdiyini, İranın beynəlxlaq müfəttişlərin yoxlanışına imkan yaradacağını deyib. O, İranın nüvə silahlarının yayılmamasına dair sazişin üzvü kimi nüvə silahı istehsalına cəhd etməyəcəyini bildirib.
“Bunun müqabilində İrana qarşı iqtisadi sanksiyalar yüngülləşdiriləcək. İranın vədlərinə əməl etmədiyi təqdirdə sanksiyalar yenidən qüvvəyə minəcək. İnsan hüquqları, terrorizmin dəstəklənməsi və ballistik raket proqramı ilə bağlı sanksiyalar qüvvədə saxlanılır” - deyə Barak Obamanın müraciətində bildirilir.
Amerika prezidenti diplomatiyanın davam etdiriləcəyinə də vəd verib.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ