ABŞ Rusiyaya minnətdarlıq etdi
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya minnətdarlıq etdi

ABŞ İranla nüvə razılaşmasında Rusiyanın göstərdiyi fəallığı yüksək qiymətləndirir.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat katibi Marie Harf keçirdiyi brifinqdə deyib.

«Danışıqlar zamanı ABŞ-ın Rusiya ilə əməkdaşlığı nə qədər vacib rol oynayıb» sualının cavabında o deyib ki, bu məsələdə hər iki ölkənin vahid mövqeyi danışıqların uğurla nəticələnməsinə səbəb olub.

Mətbuat katibi əlavə edib ki, Rusiya ekspertlərinin texniki ekspertizasının müsbət təsiri olub. Marie Harf xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasında da İrana qarşı sanksiyaların müzakirəsində ABŞ Rusiya ilə əməkdaşlıq edib.

Üç gün öncə İran və güc dövlətləri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm