Dünya
Əsədlə bağlı onlarla kaseti olan imam öldürüldü
Suriya müxalifətinin imamı Londonda uğradığı sui-qəsd nəticəsində dünyasını dəyişib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, imam Abdülhedi Arvani özünə məxsus avtomobildə ölü tapılıb.
İngiltərə polisi imamın sinəsi və başına açılan atəş nəticəsində öldüyünü açıqlayıb. Arvaninin daha əvvəllər Londonda yerləşən Nur Məscidində imamlıq etdiyi və 40 yaşında olduğu bildirilir. Polisdəki mənbələr məscidin camaatı arasındakı anlaşılmazlığın sui-qəsdin səbəbi ola biləcəyini ehtimal edir.
“Şark el Avsat” qəzeti isə yazıb ki, ingilis polisi sui-qəsdin Suriyadakı müharibə ilə əlaqəsinin ola biləcəyini ehtimalı üzərində də işləyir. Deyilənə görə, imamın əlində Bəşər Əsədin törətdiyi qətliamlar, həmçinin Xama qırğını ilə bağlı onlarla kasset olub.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi