• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səddamın baş kəsən “Fədailər” birliyi İŞİD-ə qoşuldu

  • Dünya
  • 9 Aprel 2015 11:07
  • 583 Baxış
Səddamın baş kəsən “Fədailər” birliyi İŞİD-ə qoşuldu

ABŞ-ın “Vaşinqton Post” qəzeti 10 mini xarici olmaqla 30 mindən çox üzvün olduğu deyilən İŞİD terror təşkilatı haqqında silsilə yazılar dərc etməyə başlayıb.

Publika.az xəbər verir ki, sənədlərə və mütəxəssislərə istinad edilən məlumatlara görə İŞİD-in rəhbər heyətindəki şəxslərin az qala hamısı iraqlıdır.

Qəzetin yazdığına görə, İraqın keçmiş lideri Səddam Hüseynin BAAS rejimində hərbi və kəşfiyyat sistemində yüksək vəzifələr tutan iraqlılar İŞİD-i idarə edir. Xəbərdə Əbu Həmzə kod adlı keçmiş bir İŞİD-çinin fikirləri yer alıb. İŞİD-in İraq qoluna qatıldığını deyən Həmzə maskalı şəxslərin onlara əmrlər verdiyini bildirib. Onun sözlərinə görə, Səddam Hüseynin məşhur İnqilab Şurasında yer alan şəxslər təşkilatın sıravi üzvləri ilə görüşmür, əmrləri İŞİD-in qərargahlarından verir. Həmzə şiddətli qarşıdurmaların getdiyi ərazilərə xarici ölkələrdən gələn döyüşçülərin göndərildiyi bildirib.

“Vaşinqton Post”un xəbərinə görə, amerikalı səlahiyyətlilər İraq işğalından sonra Səddam Hüseyn iqtidarındakı əhəmiyyətli şəxslərin “Əl-Qaidə”yə qatılmasından xəbərdar idi. Nəşr qeyd edir ki, bu heyətin İŞİD kimi bir təşkilatda həlledici vəzifələr alacağını hesablamamışdı. “Vaşinqton Post” Səddamın qara maskalı halda baş kəsən “Fədailər” birliyini nümunə göstərib və “Fədailər” ilə İŞİD-in edamları arasındakı oxşarlıqlara diqqət çəkib.

BAAS rejiminin devrilməsindən sonra ABŞ-ın İraqa təyin etdiyi Müvəqqəti Koalisiya Rəhbərliyinin başçısı Paul Bremer 400 min İraq əsgərinin ordu ilə əlaqəsini kəsdiyi və bu əsgərlərə təqaüdlərin ödənilmədiyini bildirib. O, silahları ilə ordudan ayrılan bu əsgərlərin əksəriyyətinin terror təşkilatlarına qatıldığını deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR