“Amnesty İnternational”dan Britaniya haqqında şok ittiham
Bizi izləyin

Dünya

“Amnesty İnternational”dan Britaniya haqqında şok ittiham

“Amnesty İnternational” təşkilatı Böyük Britaniya hökumətini insanların şəxsi həyatını qeyri-qanuni izləməkdə ittiham edib.

Publika.az xəbər verir ki, təşkilat rəsmi Londona qarşı Avropa məhkəməsində iddia qaldırıb.

Britaniya hökuməti izləməni internet üzərindən də aparıb. Bu isə internet azadlığına qarşı repressiya kimi qiymətləndirilib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyaya sığınan əməkdaşı Edvard Snoudenin yaydığı informasiyalar ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin anti-demokratik və ifadə azadlığına qarşı hesab olunan izləmə prosesini aktiv şəkildə həyata keçirdiyini göstərir.

“Britaniya hökuməti görünməmiş miqyasda izləmə təcrübəsini həyata keçirir. Bu, şəxsi həyat və vətəndaşların azadlığına əhəmiyyətli dərəcədə zərər verir”, - deyə “Amnesty İnternational” bəyan edib.

Təşkilatın qaldırdığı iddiaya “Liberty” və “Privacy İnternational” kimi qurumlar da dəstək verir.

Qeyd edək ki, Snoudenin yaydığı informasiyalardan sonra mart ayında Britaniya parlamentinin kəşfiyyat üzrə komitəsi hesabat təqdim edərək bunu təkzib etmişdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm