ABŞ Yanukoviçə xəbərdarlıq etdi: "Qoşunları geri çək"
Bizi izləyin

Dünya

ABŞ Yanukoviçə xəbərdarlıq etdi: "Qoşunları geri çək"

ABŞ administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevin mərkəzindən

ABŞ administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevin mərkəzindən çıxarmağı və müxalifətə dinc aksiyasını davam etdirməyə imkan yaratdığını tələb edib. Bu haqda jurnalistlərə Ağ Evdə brifinq keçirən ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib.

C.Karni bildirib ki, Ağ Ev Ukraynadakı qarşıdurmanın bir an öncə dinc məcraya yönəldilməsini vacib sayır: “Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrini hakimiyyət-müxalifət qarşıdurmasına qarışmamağa çağırır. Ağ Ev düşünür ki, problemi dinc yolla həll etmək imkanları hələ tükənməyib. Güc işlətməklə böhrandan çıxmaq mümkün olmayacaq. Güc işlədilməsin dərhal dayandırmaq, Ukrayna xalqının etirazlarına səbəb olan problemləri aradan qaldırmaq üçün qəti addımlar atmaq gərəkdir”.

Cey Karninin sözlərinə görə, rəsmi Vaşinqton Avropadakı tərəfdaşları ilə Kiyevdə qan tökülməsi üçün məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, Ukraynanın bütövlüyünə və müstəqilliyinə yardım etməyə çalışır. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm