Çin iqtisadiyyatı zəifləyir
Bizi izləyin

Dünya

Çin iqtisadiyyatı zəifləyir

Bu ilin yanvar-mart aylarında Çinin ümum daxili məhsulunun artımı zəifləməyə başlayıb. Hökumətin aprelin 15-də dərc edilmiş məlumatında bu zəifləmənin 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz təşkil etdiyi qeyd olunur.

7 faizlik artım 2009-cu ildən bəri ən aşağı göstəricidir. Bununla yanaşı, istehsalat, investisiya və pərakəndə satış dövriyyəsi üzrə göstəricilər ÇXR iqtisadiyyatında artımın zəifləməsinin davam edəcəyini göstərir.

İqtisadçıların fikrincə, 2015-ci ilin ilk rübünün göstəriciləri hakimiyyətə, əsasən də stimullaşdırıcı tədbirlərin görülməsi səbəbi ilə təzyiqlərin artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Çin artıq faiz dərəcələrini və banklar üçün ehtiyat tələblərini iki dəfə aşağı salıb, evlərin satın alınması qaydalarını yumşaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm