Nazirdən erməni müşavirə sərt cavab – VİDEO
Bizi izləyin

Dünya

Nazirdən erməni müşavirə sərt cavab – VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Mahçupyanın iddiaları ilə əlaqədar açıqlaması bu ölkədə etiraz doğurub.

Publika.az xəbər verir ki, CNN Türk kanalına qonaq olan Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçi Volkan Bozkır Etyen Mahçupyanın “erməni soyqırımının olmadığını deyə bilmərəm” sözlərinə sərt reaksiya verib.

“Şəxsi fikirləri olduğunu düşünürəm. Hörmətli baş nazirimizin müşaviri olaraq bunları söyləməsi doğru olmaz. Ümumiyyətlə, bu sözlər bir Türkiyə vətəndaşına yaraşmır”, - Volkan Bozkır deyib.

Qeyd edək ki, 1915-ci ildə baş verən hadisələrlə bağlı erməni iddialarını qiymətləndirən Etyen Mahçupyan “Bosniya və Afrikada baş verənlər soyqırım olaraq qəbul edilərkən, 1915-ci ildə ermənilərə qarşı edilənlərə soyqırım deməmək qeyri-mümkündür” söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm