Dünya
Erməni ordusundakı DƏHŞƏTLƏR
“Erməni əsgərlərinin analarını Qarabağa buraxmırlar”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni jurnalist Zarui Ovanisyan çıxış edib.
Onun sözlərinə görə, erməni anaları Qarabağa daxil ola bilmədikləri üçün övladlarının sağ olub-olmamasından xəbər tuta bilmirlər:
“Orduda əsgərlərə düzgün xidmət edilmir. İnfeksiyon və yolxucu xəstəliyə tutulanlar müalicələri başa çatmamış ailələrinin himayəsinə qaytarılırlar. Burada isə vəziyyət daha çətin olur. Nəticədə maddi sıxıntıdan əziyyət çəkən ailənin digər üzvləri də həmin şəxslər tərəfindən yoluxur. Biz Qarabağdakı rejimin (separatçı qurum nəzərdə tutulur – red.) özbaşınalığına son qoymaq üçün bütün təşkilatları birləşərək birgə mübarizə aparmağa səsləyirik”.
Qeyd edək ki, son günlər Dağlıq Qarabağda xidmət edən əsgərlər arasında infeksion və yoluxucu xəstəliklər sürətlə yayılır. Bu da əsgərlərin ailələrində təşvişə səbəb olur. Nəticədə erməni hərbi qulluqçular ilə onların ailə üzvləri arasında rabitə əlaqələrinin sayı xeyli artıb. Ermənistan mobil operatorlarının son 3 ay ərzində yaydıqları hesabata görə, Ermənistanla Qarabağ arasında mobil telefon danışıqlarının sayı bir neçə dəfə çox olub.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu