• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin Afinanı 5 milyardla mükafatlandırdı

  • Dünya
  • 18 Aprel 2015 11:01
  • 394 Baxış
Putin Afinanı 5 milyardla mükafatlandırdı

Rusiya “Türk axını” qaz kəmərinin tikintisinə kimi tranzit ödənişi olaraq Yunanıstana 5 milyard avro ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanda iqtidarda olan SİRİZA partiyasındakı yüksək vəzifəli mənbə Almaniyanın “Spiegel” nəşrinə bildirib.

Nəşrin məlumatına görə, razılaşmanın aprelin 21-də imzalanması planlaşdırılır. “Spiegel” iddia edir ki, razılaşma Yunanıstanın baş naziri Aleksis Siprasın Moskva səfərində Rusiya prezidenti Vladimir Putinlə görüşündə müzakirə edilib. Yunanıstan nəşri “Aqora”nın məlumatına görə, yunan hökuməti də Rusiya ilə razılaşmanı bəyənib. Afina ümid edir ki, Rusiya edilən tranş sayəsində borc öhdəlikləri üzrə Avropa Birliyi ilə danışıqları təxirə salmaq mümkün olacaq.

Xatırladaq ki, Rusiya prezidenti “Cənub axını” layihəsindən imtina haqqında qərarını 2014-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı səsləndirib. Həmin səfərdə Moskva və Ankara Qara dənizin dibi ilə çəkiləcək “Türk axını” qaz kəməri layihəsi ilə bağlı razılıq əldə edib. Kəmərin ötürücü gücü illik 63 milyard kubmetr olacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR