Parlamentin fövqəladə toplantısı: Krım Rusiyaya birləşir
Bizi izləyin

Dünya

Parlamentin fövqəladə toplantısı: Krım Rusiyaya birləşir

Krım Muxtar Vilayəti parlamentinin bu gün saat 12-yə təcili növbədənkənar iclası çağırılıb.Bunu "Axar.az"a eksklüziv açıqlamasında parlament üzvü Refat Cubarov deyib.

O, bu barədə parlamentin müvafiq şöbəsindən məlumat aldığını bildirib. Cubarov parlamentin belə təcili iclas çağırmasına həyacanını ve qorxusunu gizlətməyib: "Zəng edən protokol şöbəsindən nədən belə tələsik iclas çağırılması ilə bağlı verdiyim sual cavabsız qaldı. Sadəcə dedilər ki, parlament sədri Vladimir Konstantinov səhər saatlarında Moskvadan dönəcəyi və bir neçə saatdan sonra iclas keçiriləcəyi təlimatını verib. Odur ki, deputatları təcili çağırmamızın kökündə bu amil dayanır. Sonra mən həmkarım Leonid Pilunskiyə telefon zəngi açdım, o da belə tələskənliyə təəccübünü gizlətmədi. Biz birlikdə məsələnin mahiyyətini araşdırmağa başladıq. Dərhal parlament sədrinin müavini Qriqori Yoffeye zəng etdik.

O isə məsələni təfsilatı ilə bizə anlatdı. Sualla bizə anlatdı ki, bəyəm bilmirikmi 6 nəfər krımlı Kiyevde dünyasını dəyişib. Yoffe bu olaylardan sonra Krımın Ukraynanın tərkibində qalmasının mümkünsüzlüyünü dedi. Ukraynadakı vəziyyət səsə qoyulacaq. Mən və dostum Leonid Pilunski buradan bütün dünyaya səslənirik. Həyacan təbili çalırıq. Parlamentin bu separat addımının qarşısını alsınlar. Əks halda onsuz da gərgin durumda olan vilayətdə hər şey fəlakətə çevriləcək".

Qeyd edək ki, bir müddət öncə Krıma “boz kardinal” ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. V.Putinin nümayəndəsi olan V.Surkov burada muxtariyyatın rəhbərliyi ilə gizli danışıqlar aparmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm