Sabiq prezident casusluqda ittiham olundu
Bizi izləyin

Dünya

Sabiq prezident casusluqda ittiham olundu

Misirin keçmiş prezidenti Məhəmməd Mursi və “Müsəlman qardaşları” təşkilatının liderləri casusluqda ittiham olunur. Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Misir baş prokurorluğunun ittihamında M.Mursi və “Müsəlman qardaşları” təşkilatının liderlərinin İrana məxfi məlumatlar verdiyi bildirilir.

Müqəssirlər ölkə daxilində terror aktlarının törədilməsi məqsədilə “xarici təşkilatlarla əməkdaşlıqda” və “hərbi sirləri başqa dövlətə verməkdə” ittiham edilir. M.Mursinin özü isə iki il bundan əvvəl prezident Hüsnü Mübarəkin devirldiyi vaxt saxlandığı həbsxananı qanunsuz tərk etmək, Fələstinin "Həmas" təşkilatına siyasi və maliyyə dəstəyi göstərərək ölkə ərazisində cinayətlər törətməkdə şübhəli bilinib.

İttihama görə, “Müsəlman qardaşları” liderləri “Həmas”, “Hizbullah” və İran İslam İnqilabının Keşikçiləri Korpusu ilə birlikdə “terror planı” hazırlayıblar. Bütün bu ittihamların hələ 16 Fevral tarixində irəli sürülməsinə baxmayaraq, yalnız indi konkret ölkənin - İranın adı çəkilir.

Növbəti məhkəmə iclasının 27 Fevralda keçirilməsi nəzərdə tutulub. Misirin qanunlarına əsasən, vətənə xəyanət və casusluqda ittiham olunan şəxsi edam cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm