Baptist və Timoşenkonun "sağ əli" - Ukraynanın yeni rəhbərinin portreti (Foto)
Bizi izləyin

Dünya

Baptist və Timoşenkonun "sağ əli" - Ukraynanın yeni rəhbərinin portreti (Foto)

Ukraynanın yeni müvəqqəti prezidenti Aleksandr Turçinovu çoxları keçmiş baş nazir Yuliya Timoşenkonun "sağ əli" sayır.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, onların əməkdaşlığı 1990-cı illərdən, Turçinov “Batkivşina” partiyasının sədr müavini olduğu dövrdən başlayıb və davam edir.Ukraynada bəziləri ehtiyat edir ki, Turçinovun hakimiyyət pilləsində yüksəlməsi Yuliya Timoşenkonun prezidentlik kürsüsünə gəlməsinə hazırlıq mərhələsi ola bilər.

Turçinov Ukraynada noyabr ayından başlamış Viktor Yanukoviç əleyhinə etiraz hərəkatının liderlərindən olub.Fevral ayında prokuroluq Turçinovu etirazçıların “özünü-üdafiə qüvvələrinin” yaradılması və təşkilatlanmasında aparıcı rol oynamaqda ittiham edərək ona qarşı cinayət işi açmaq üçün istintaqa başlamışdı.

Prezident Yanukoviç hökümətinin çökməsindən sonra Ukrayna parlamenti Turçinovu parlamentin sədri və müvəqqəti baş nazir, Yanukoviçin vəzifədən kənarlaşdırılmasına səs verildikdən sonra isə müvəqqəti prezident də təyin edib.Turçinov paytaxt Kiyevin mərkəzində, Maydanda kütləvi aksiyalarını davam etdirən etirazçıların heç də hamısı tərəfindən birmənalı qəbul edilmir.

Prezident Yanukoviç Kiyevi tərk etdikdən sonra Turçinovun Maydandakı izdihama məqsədlərinə nail olduqlarını çatdırması və etirazçıları dağılışmağa çağırması izdihamın qəzəbinə səbəb olmuşdu.

Onun elə də xarizmaya malik olmadığı qeyd olunur. Kiyev meri vəzifəsinə 2008-ci ildə keçirilmiş seçkilərdə, ozamankı baş nazir Timoşenkonun dəstəyinə baxmayaraq, Turçinov seçicilərin dəstəyini qazana bilməmişdi.

Ukraynalıların əksəriyyəti pravoslav və katolik olsa da, Turçinov amerikalılar kimi baptist dininə sitayiş edir.O, eləcə də Ukraynada korrupsiya, kölgə iqtisadiyyatı və totalitarizm mövzusunda yazılmış bir sıra kitabların müəllifi kimi də tanınır.

Timoşenko kimi Turçinov da Ukraynanın sənaye şəhəri olan Dnepropetrovskda anadan olub.1964 təvəllüdlü Turçinov , institutda metallurgiyanı öyrənib, siyasətə "komsomol"dan gəlib.

1993-cü ildə Turçinov ozamankı president Leonid Kuçmanın iqtisadi müşaviri təyin olunub, bir ildən sonra "Hromada" Partiyasını təsis edib.1998-ci ildə Turçinov ilk dəfə parlamentə seçilib.

1990-cı illərin sonunda xanım Timoşenko və Turçinov Batkivşina partiyasını yaradırlar.Bir müddətdən sonra "Batkivşina" Partiyası Ukrayna müxalifətinin aparıcı qüvvəsinə çevrilir.2004-cü ildə keçirilmiş prezident seçkilərində Turçinov o zaman müxalifət lideri olan Viktor Yuşenkonun seçki kampaniyasına rəhbərlik edib.

Yuşenkonun o zaman Viktor Yanukoviçə məğlub olması səsvermə zamanı kütləvi pozuntular və saxtakarlığa dair iddialara və nəticədə Ukraynada "Narınc"ı inqilabın baş verməsinə səbəb oldu.2004-cü ildə "Narıncı" inqilab nəticəsində Viktor Yuşenko prezident oldu, Yulia Tymoşenko – baş nazir, Turçinov isə 2005-ci ildə ölkənin Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu.

Lakin xanım Timoşenko ilə Yuşenkonun münasibətləri pisləşəndən sonra Turçinov vəzifəsindən kənarlaşdırıldı.Yuliya Timoşenko 2007-2010-cu illərdə ikinci dəfə baş nazir təyin ediləndən sonra Turçinov hökümət tərkibinə baş nazirin birinci müavini kimi qayıtdı.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm