“Həmin insan ya küçəyə çıxmalı, ya da intihar etməlidir" - Ermənilərin seçimi
Bizi izləyin

Dünya

“Həmin insan ya küçəyə çıxmalı, ya da intihar etməlidir" - Ermənilərin seçimi

Mövsümi miqrantların 95-96, uzun müddətə gedən miqrantların isə 75-76 faizi bu ölkənin payına düşür.

Rusiyada 2014-cü il yanvar ayının 1-indən qüvvədə olan yeni miqrant qanunun ən çox zərər vurduğu ölkələrdən biri də Ermənistandır. Ermənilərin həm qısa, həm də uzunmüddətli miqrasiya elədiyi əsas ölkə Rusiyadır. Mövsümi miqrantların 95-96, uzun müddətə gedən miqrantların isə 75-76 faizi bu ölkənin payına düşür.

Ermənistanın dövlət büdcəsi 4 milyard dollara yaxın olduğu halda, Rusiyadan fərdi köçürmələr 1 milyard dollardan çoxdur. Rusiyadan fərdi köçürmələrin miqdarına görə, Ermənistan keçmiş sovet respublikaları arasında ilk yerlərdən birini tutur.

Publika.Az –ın verdiyi xəbərə görə, ABŞ-ın “Eurasianet” portalı Rusiyanın yeni miqrant qanunun Ermənistana zərərindən yazıb.

Soçi Qış Olimpiya Oyunlarında Ermənistanın dörd idmançısı çıxış etsə də, heç biri medal qazana bilmədi. Ermənistanda isə zarafat edirlər ki, yarış Rusiya ərazisində keçirildiyindən onlar heç olmasa bu ölkədə qalaraq özlərinə iş axtarmağa çalışmalıdır. Rusiyanın yeni miqrant qanununa əsasən, uzun müddətli vizalara malik olmayan Ermənistan və digər xarici dövlətlərin vətəndaşları Rusiya ərazisində üç ay ərzində qala bilərlər, bundan sonra isə vətənə qayıtmağa məcburdurlar. Rusiyaya təkrar giriş isə yalnız 90 gün sonra mümkündür. Qanuna riayət etməyənlərin üç il, qanunu təkrar pozanların isə beş il müddətində Rusiyaya girişinə qadağa qoyulacaq.

Ermənistanda çoxları hesab edirdilər ki, hakimiyyətin 3 Sentyabr 2013-cü ildə Gömrük Şurası ilə bağlı verdiyi qərarın nəticəsi olaraq yeni miqrant qanunu ermənilərə toxunmayacaq. Ancaq bu baş vermədi və ermənilər
çox məyus oldu. "Ermənistan hakimiyyəti Gömrük Şurasına daxil olmağa razılaşanda hesab etdik ki, hər şey çox gözəl olacaq, amma biz bədbəxt vəziyyətlə qarşılaşdıq", - ailəsini dolandırmaq üçün 20 ildir ki, Rusiyada tikinti sferasında işləyən 55 yaşlı əmək miqrantı Vanik Smbatyan şikayətlənir.

Miqrantların iddiasına görə, qanunda müəyyən edilən 90 gün çox kiçik müddətdir. Onların Rusiyaya gedib qayıtması üçün isə aviabiletə təxminən 350-400 dollar lazımdır. Qeyri-rəsmi rəqəmlərə görə, Ermənistanda işsizliyin dərəcəsi iki rəqəmlə ifadə olunur. Ermənistanın 3 milyonluq əhalisinin təxminən üçdə birinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı bildirilir. İşsizliyin yüksək səviyyəsi də çoxdankı problemdir. Rəsmi məlumatlara görə, ölkəsində dolana bilməyən Ermənistan vətəndaşlarınınn əksəriyyəti qazanc dalınca Rusiya gedirlər. Onlar əsasən tikinti və xidmət sferasında çalışır.

Erməni ekspertləri xəbərdarlıq edir ki, Rusiyada işə düzəltmə imkanlarının ixtisarı şəraitində ermənilər bu ölkədə iş tapmaq imkanlarından məhrum ola bilər. Ermənistanda çoxları bilmək istəyərdi ki, İrəvan Moskvanın hər sözünə qulas asdığı halda ermənilər üçün nədən əlavə güzəştlər edilmir. Ancaq Moskva ermənilər üçün qaranlıq qalan məqama aydınlıq gətirmək istəmir. Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşı Svetlana Stepanov 14 Fevral tarixində keçirdiyi mətbuat konfransında Gömrük Şurası və miqrant məsələləri ilə bağlı suallardan yayınıb. O, həmçinin izah etməkdən imtina edib ki, analoji məhdudiyyətlər Gömrük Şurasının üzvü olan Belarus və Qazaxıstan vətəndaşlarına niyə aid deyil. "Mən bilmirəm, Ermənistan vətəndaşları üçün də eyni qaydaların tətbiq ediləcəyini istisna etmək olmaz", - səfirliyin əməkdaşı deyib.

Rusiya hakimiyyətinin məlumatına görə, hazırda ölkə ərazisində 170 min erməni qeyri-qanuni yaşayır. 2013-cü ildə Rusiya hakimiyyəti ölkəyə daxil olmağa çalışan Ermənistanın 23 min vətəndaşını ölkə ərazisinə buraxmayıb. Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunsa hesab edir ki, Moskva yeni miqrant qaydalarından keçmiş sovet respublikalarına qarşı təzyiq aləti kimi istifadə edir. Planlaşdırılan qrafikə uyğun olaraq Ermənistan 2015-ci ilin yanvarına kimi Gömrük Şurasına üzvlük prosesi başa çatmalıdır. Amma Moskva başqa proseslərdən narahatdır. Ukrayna hadisələri də göstərdi ki, proseslərin Moskvanın istəmədiyi istiqamətə döndərilməsi Qərb üçün çox da çətin deyil. Təsadüfi deyil ki, bir sıra ekspertlər Ukraynadan sonra növbənin Ermənistanda olduğunu bildirirlər. Məhz buna görə də Moskva əlindəki təzyiq alətlərinin köməyi ilə 2015-ci ilin əvvəlinə kimi Ermənistanın əlindən çıxmamasına çalışacaq.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə vətəndaşlarına söz verib ki, Gömrük Şurasına üzvlüklə bağlı danışıqlarda erməni miqrantları üçün qaydalarda dəyişikliklərin edilməsi məsələsini qaldırılacaq. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan da erməni miqrantlara istisnaların tətbiq edilməsi xahişi ilə rusiyalı həmkarı Nikolay Patruşevə məktub göndərib.

Mütəxəssislər proqnozlaşdırır ki, Rusiya erməni tərəfinin xahişini müsbət cavablandırmasa, Ermənistanı acınacaqlı günlər gözləyir. "Minlərlə işsiz qalmış insanın vəziyyətdən yeganə çıxış yolu kütləvi etiraz aksiyaları ola bilər. Əgər insanın işi yoxdursa, onun ailəsi aclıq çəkir. O halda nə etmək lazımdır? Həmin insan ya küçəyə çıxmalı, ya da intihar etməlidir", - Demokratiya Naminə Əməkdaşlıq Mərkəzinin başçısı, politoloq Stepan Danielyan bildirir.

Həyat şəraitinə etiraz edən insanların sayının əhəmiyyətli şəkildə artdığını bildirən müstəqil politoloq Yervand Bozoyan da S.Danielyanla həmrəydir.Y.Bozoyan "Hakimiyyət vəziyyətilə bağlı ciddi fikirləşməli və müəyyən nəticələr çıxarmalıdır" söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm