Ukrayna hadisələri Çinə necə təsir edir?
Bizi izləyin

Dünya

Ukrayna hadisələri Çinə necə təsir edir?

Ukraynadakı siyasi böhran çoxları tərəfindən bu bölgədə Rusiya ilə Qərb arasında nüfuz uğrunda mübarizə kimi qiymətləndirir. Publika.Az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Pekin də bölgədə baş verənləri diqqətlə izləyir.

Ukraynada nümayişlər sabiq prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə ticarət razılığına imza atmaması və yardımı Rusiyadan almaq istəməsindən sonra vüsət alıb. Hazırda Ukrayna qərbyönümlü müvəqqəti prezidenti ilə birlikdə Qərblə Şərq arasında qalmaqda davam etdiyi bir vaxt, Çin bu münaqişədən uzaq durmaq istəyir.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hu Çanyinq ölkəsinin Ukrayna ilə strateji partnyor olmaq və bu ölkəyə iqtisadi yardım etmək istədiyini deyib. Keçən ilin dekabr ayında prezident Viktor Yanukoviç Pekinə səfəri zamanı Çin Ukraynaya 8 milyard dollar yardım edəcəyinə söz vermişdi. Bu, Çinin Ukraynaya qoyduğu 10 milyardlıq sərmayəyə əlavə idi.

Ukrayna işə bunun əvəzində Çinə silah və torpaq verməli idi. 2012-ci ildə Ukrayna silah satışına görə dünyada dördüncü yerdə idi. Silah əsasən Çinə satılırdı. Çinin ilk təyyarədaşıyan gəmisi də Ukraynada istehsal edilib.

Keçən il Ukrayna kənd təsərrüfatı və donuz yetişdirməsi üçün torpaqlarından 5 faizini Çinə icarəyə verdi. Bu razılığa əsasən Çin Ukraynada yollar və körpülər salmalı idi.

Təhlilçilər deyirlər ki, Çin Ukraynadakı siyasi böhranın onun bu ölkə ilə ticarətinə necə təsir etdiyini izləməsi ilə yanaşı, Ukraynadakı inqilabı da yaxından izləyir ki, belə bir inqilab ölkəsində baş qaldırdığı zaman qarşısını ala bilsin.

Ukraynadakı böhrana eləcə də, iqtisadiyyatın zəifləməsi və korrupsiyanın artması səbəb oldu. Çin liderləri ölkədə iqtisadiyyatın dirçələcəyinə söz verdilər və dövlət orqanlarında korrupsiya ilə mübarizəyə qalxdılar.

Təhlilçi Bill Bişop Çinin oxşar problemlərlə üzləşməsinə baxmayaraq, Ukrayna inqilabının çinliləri kütləvi etirazlara həvəsləndirməyəcəyini deyib. O, Çin televiziyasının Ukraynada baş verənləri senzuradan keçirərək nümayiş etdirdiyini bildirib.

Çin, Ukraynanı 3milyar dollarlıq taxılla təmin edib. Ukrayana parlamentinin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Komitəsinin birinci müavini hesabatında bildirib ki, Çin 3 milyard dollar taxıl təchizatı müqaviləsinin pozulması üçün Ukraynanı məhkəməyə verib.

Deputatın sözlərinə görə, Çin artıq Ukraynaya qarşı təzminat davası açaraq Londondakı Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm