Yanukoviçin qara siyahısı tapıldı
Bizi izləyin

Dünya

Yanukoviçin qara siyahısı tapıldı

Ukrayna jurnalistləri qaçıb gizlənmiş keçmiş prezident Viktor Yanukoviçin evindən çıxan sənədləri araşdırırlar. Yanukoviç qaçanda bu sənədləri evin qabağındakı göldə batırıblar. Ancaq bir neçə saat sonra bu evə gələn Meydan nümayişçiləri göldə kağızların üzdüyünü görüb, onları çıxarıblar. 200 sənədlər qovluğu var.

Publika.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, “Kiyev Post” qəzetinin baş redaktor müavini Katya Gorçinskaya deyir ki, bu sənədlərin öyrənilməsində Yanukoviç qarşıya dəhşətli bir insan kimi çıxır :”O, öz ölkəsini və evini orta əsrlər feodalı kimi idarə edib”.

​​

Sənədlər arasında qəbzlər var ki, nağd pulun verilməsinə aiddir və 2010-cu ilin sentyabrına aid qəbzdə hətta 12 milyon dolların nağd verilməsi qeyd olunur. Ancaq qəbzdə bunun nə məqsədlə verildiyi göstərilməyib.Kağızlar arasında qara siyahı da var. Bu qara siyahıya Yanukoviçin əleyhdarları salınıb. Onlar arasında jurnalistlər də var.

Britaniyanın "Qardian" qəzeti keçmiş Gürcüstan prezidenti Saakaşvilinin Yanukoviç haqda xatirələrini dərc edib. Saakaşvili deyir ki, Yanukoviç öz hökumətində korrupsiyadan ağız dolusu danışırdı. 2011-ci ildə BMT Baş Məclisi vaxtı Yanukovich öz hökumətini və hakimləri necə rüşvətə qurşandırdığından açıq danışırmış. Saaşvili deyir: “o nə danışdığının fərqində deyildi. Bu insanın mənəviyyat haqda heç bir anlayışı yox idi”.

Yeri gəlmişkən, Yanukoviçin harda olmağı hələ də bəlli deyil. Bəziləri deyir ki, o, Sevastopolda Rusiya hərbi bazasında gizlənir. Bəziləri deyir ki, o, Qara Dəniz limanı Balaclavada oliqarxlardan birinin lüks yaxtasına minib-qaçıb. Hətta bir məlumat da var ki, Yanukoviç Donetsk yaxınlığında bir monastırda sığınacaq tapıb. Hələlik bu məlumatların heç birini təsdiqləmək və ya rədd etmək mümkün olmayıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm