Mərakeş mətbuatı Azərbaycan iqtisadiyyatından yazdı
Bizi izləyin

Dünya

Mərakeş mətbuatı Azərbaycan iqtisadiyyatından yazdı

Mərakeş mətbuatı Azərbaycan iqtisadiyyatından yazdı

Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetinin 28 fevral 2014-cü il tarixli nömrəsində Azərbaycanın iqtisadi inkişafından bəhs edən məqalə dərc olunub. İnterAz xəbər verir ki, məqalədə Azərbaycanın “Şahdəniz” neft-qaz yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq qazın Avropaya nəql edlməsi üçün çəkilişi nəzərdə tutulmuş Trans-Anadolu (TANAP) və onun davamı olan Trans-Adriatik (TAP) qaz boru kəmərləri haqqında geniş məlumat verilib.

Yazıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İraqa səfəri və rəsmi Bağdadın TANAP və TAP layihələrində iştirakının mümkünlüyü barədə apardığı müzakirələrə də toxunulub. Azərbaycanın vaxtilə sərmayə axtaran bir ölkədən bu gün müxtəlif ölkələrə sərmayə yatıran dövlətə çevrildiyi qeyd edilib.

Materialda 1994-cü ilin sentyabrında Bakıda dünyanın iri neft şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatında oynadığı mühüm roldan, yeni neft strategiyasının uğurla həyata keçirilməsindən, neftdən əldə edilən gəlir hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsindən söhbət açılıb.

Azərbaycanda uğurlu enerji siyasətinin aparıldığına diqqət çəkən müəllif neft gəlirlərinin istifadəsində şəffaflığın təmin edilməsi üçün Dövlət Neft Fondunun təsis edildiyini qeyd edib, Azərbaycanın regionda aparıcı dövlət və önəmli infrastruktur layihələrin icraçısı olduğunu vurğulayıb.

Məqalədə ölkəmizdə aparılan iqtisadi və sosial islahatlardan, regionların inkişafından bəhs edilib, yoxsulluq səviyyəsinin 7 faizədək azaldığı, 1995-2010-cu illər ərzində Azərbaycanın iqtisadiyyatına 55 milyard ABŞ dolları xarici sərmayə olmaqla, 95 milyard ABŞ dolları həcmində sərmayə yatırıldığı diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm