Dünya
Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verib
Sevastopol yaxınlığında Rusiya desantının mühasirədə saxladığı Ukrayna hərbi bazasının komandiri əsgərlərinə “ölərik, ancaq ruslara təslim olmarıq” əmri verib.
Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Perevalnıy kəndində dislokasiya olunmuş 39-cu briqadanın komandirinə Rusiya “spesnaz”ı tərəfindən ultimatum verilib. Əgər saat yarım ərzində briqadanın şəxsi heyəti silahlarını təhvil verməsə və hərbi kazarmaları müqavimətsiz boşaltmasa, ruslar hücuma keçəcək.
Ukrayna ordusunun ehtiyatda olan zabiti Sergey Lanşin bildirib ki, o, bu dəqiqələrdə 39-cu briqadanın komandiri ilə danışıb.
“Komandir təslim olmamağı qərara alıb, əsgərlərinə ölənə qədər vuruşmaq əmri verib” - deyə o, bildirib.
S.Lanşin deyib ki, komandir onun vasitəsilə yerli və xarici KİV-lərə müraciət edərək tezliklə bazaya gəlməyi xahiş edir.
“Qoy onlar bu cinayəti öz gözləri ilə görsünlər” - deyə Lanşin komandirin adından bildirib.
Jurnalistlər xəbər verir ki, Perevalniy istiqamətində Rusiya desantının ikinci kalonu-15 “Ural” və bir neçə zirehli “Tiqr” maşını hərəkət edir.
Digər məlumata görə, Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant olan ölkələrə təcili kömək üçün müraciət edib. Ukraynadakı hadisələr getdikcə daha dramatik xarakter alır.
Daha bir məlumata görə, bu gün səhər tezdən Kiyevdə hərbi komissarlıqlar səfərbərlik başlandığını elan ediblər. Hərbi mükəlləfiyyətli bütün kişilər qeydə alınır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu