Ankaraya növbəti zərbə Berlindən gəlir
Bizi izləyin

Dünya

Ankaraya növbəti zərbə Berlindən gəlir

Almaniya hökuməti son anda qərarını dəyişdirərək 1915-ci il hadisələrini “soyqırım” olaraq xarakterizə edən sənədə dəstək verəcəyini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Sibert hökumətin buntestaqa (parlament) aprelin 24-də gələcək qətnamə layihəsinə dəstək verəcəyini açıqlayıb.

Sibert “Hökumət ermənilərə Birinci Dünya Müharibəsində edilənlərin kütləvi cinayət, etnik təmizlik və soyqırımın bir nümunəsi olduğunu qəbul edən qətnamə layihəsinə dəstək verməkdədir” deyib.Türkiyə mediasının yazdığına görə, Sol Partiya və Yaşıllar Partiyası, həmçinin iqtidar koalisiyasının ortaqları olan Xristian Birlik Partiyası (SDU) və İctimai Demokrat Partiyasından (SPD) olan bəzi millət vəkillərinin mövqeyi Berlinin fikrinin dəyişməsində önəmli rol oynayıb. Məhz sözügedən siyasi qüvvələr buntestaqın 24 aprel qətnaməsində “soyqırım” sözünün yer almasını istəyiblər.

Almaniya hökumətindən daha əvvəl verilən bəyanatlarda 1915-ci il hadisələrinin “soyqırım” olaraq qiymətləndirilməsi rədd edilmişdi. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer da Estoniya səfəri öncəsi verdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı qəbul olunacaq qətnamənin mətnində “soyqırım” sözünün yer almayacağı barədə siqnal vermişdi. O, qonaq olduğu bir televiziya proqramında “soyqırım” sözünü işlətməmiş, “məsuliyyət tək bir terminə sadələşdirilə bilməz” söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm