Dünya
Ağ Evdən şərh: Obama “soyqırım” deməyəcək!
Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Ben Rodes ABŞ-dakı erməni diaspor qurumları olan Amerika Erməni Təşkilatı və Amerika Erməni Milli Komitəsi ilə Ağ Evdə görüşüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Mehan bildirib.
O, ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı 24 aprel çıxışında gerçəklərin tam, səmimi və ədalətli qəbulu istiqamətində çağırış edəcəyini bildirib. Təhlükəsizlik Şurasının sözçüsü 24 apreldə İrəvanda keçiriləcək tədbirlərdə ABŞ nümayəndə heyətinə maliyyə naziri Jacob Levin başçılıq edəcəyini deyib.
Amerika Erməni Milli Komitəsi yazılı açıqlamasında Obamanın 24 aprel çıxışında “soyqırım” sözünü işlətməyəcəyini təsdiqləyib. Komitənin baş direktoru Aram Hamparyyan deyib ki, ona və görüşə qatılacaq digər şəxslərə ABŞ prezidenti Barak Obamanın planlaşdırılan 24 aprel çıxışında “soyqırım” sözünü işlətməyəcəyi barədə rəsmilər tərəfindən xəbərdarlıq edilib.
Aram Hamparyan “Los Angeles Times” qəzetinə bildirib ki, prezidentin bu məsələdə geri çəkilməsi “milli rüsvayçılıq” kimi qiymətləndirilməlidir.
Ömər Dağlı
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."