Zəlzələ qurbanlarının sayı 2352 nəfəri keçdi
Bizi izləyin

Dünya

Zəlzələ qurbanlarının sayı 2352 nəfəri keçdi

Nepalda zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 2352 nəfər həlak olub, 6239 nəfər yaralanıb.

Bu barədə Nepal polisinin rəsmi nümayəndəsi Kamal Siqx Ban məlumatı verib.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Sonradan 4 baldan 6,9 baladək daha bir neçə zəlzələ olub.

Yeraltı təkanlar Hindistanın şimal-şərq ştatlarında, Banqladeş və Myanmada da hiss edilib. Hindistanda həlak olanların sayı 50 nəfəri ötüb.

Everestin cənub yamacında Nepaldakı zəlzələnin təsirindən yaranan qar uçqununun alpinistlərin baza düşərgəsini dağıtması nəticəsində ölənlərin sayı da artmaqdadır. Bazar günü səhər qar altından 65, bir qədər əvvəl isə daha 19 nəfərin cəsədi çıxarılıb. Beləliklə, burada həlak olanların sayı 80 nəfəri keçib.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm