Amerikalı ekspert: “ABŞ Ukraynaya müdaxiləyə hazırlaşır”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “ABŞ Ukraynaya müdaxiləyə hazırlaşır”

“ABŞ Ukraynaya açıq müdaxilə üçün platsdarm hazırlayır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə bir iddia ilə amerikalı jurnalist, siyasi ekspert Finnian Kanninqem çıxış edib.

Onun fikrincə, əgər Ukraynada hərbi əməliyyatlar yenidən başlasa, o halda “hərbi məsləhətçilər”inin ardınca münaqişə zonasında ABŞ və onun müttəfiqlərinin nizami ordusunun əsgərləri peyda olacaq. Finnian Kanninqem yazır ki, ABŞ-ın Ukraynadakı səfiri Cefri Payettanın sözlərinə görə, ABŞ-ın 173-cü briqadasının 300 desantçısı Ukraynaya hərbçilərin təlimi üçün gəlib. Amerikalı jurnalist hesab edir ki, Amerika ordusunun təlimatçıları həmçinin ABŞ-dan çatdırılacaq silah və hərbi texnikadan istifadə qaydalarını Ukrayna hərbçilərinə öyrədəcək.

“Əgər Ukraynanın Şərqində barışıq pozularsa, bu, həyəcanlı siqnal olacaq. Bu, Birləşmiş Ştatların Ukraynada istənilən hərbi toqquşmaların açıq iştirakçısı olacağının açıq siqnalı olacaq. Yalnız ABŞ deyil, həm də Vaşinqtonla sıx bağlı olan iki dövlət - Kanada və Böyük Britaniya prosesə qoşulacaq. Demək olar ki, bu iki ölkədən 600 nəfər “hərbi məsləhətçi” kimi Ukraynadadır”, - Finnian Kanninqem qeyd edir.

O, hesab edir ki, Ukraynanın ərazisində xarici hərbçilərin olması ilə vəziyyət kritik nöqtəyə çatıb: “Ukraynanın cənubi-şərqində barışığın istənilən açıq pozuntusu yuxarıda göstərilən ölkələrin müntəzəm ordusunun hərbçilərinin münaqişə zonasında ortaya çıxmasına gətirib çıxaracaq. Bundan başqa, Birləşmiş Ştatlar Ukraynada özünün hərbi manevrlərinə bəraət qazandırmaq üçün Rusiyaya qarşı informasiya kampaniyasına rejissorluq edir. Belə ki, ABŞ-ın səfiri Cefri Payetta bu yaxınlarda “Twitter” səhifəsində verdiyi şərhində “Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ən yüksək konsentrasiyası”ndan danışıb və “Buk-M2” zenit-raket kompleksinin şəkilini dərc edib”.

Kanninqem əlavə edib ki, Vaşinqton Moskvanı Minsk razılaşmalarını pozmaqda ittiham edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm