Dünya
Yeni super qitə yaranır: “Amasiya”
Alimlər Asiya və Amerika qitələrindəki böyük tektonik hərəkətlərin iki qitəni getdikcə yaxınlaşdırmasına diqqət çəkir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki,Nepalda ötən həftə baş verən 7,9 ballıq zəlzələ qitələri bir-birinə daha da yaxınlaşdırıb.
Alimlər hesab edir ki, hazırkı tektonik hərəkətlər davam edəcəyi halda, Amerika və Asiya qitələri 50-100 milyon il sonra birləşəcək və “Amasiya” (Amerika və Asiya sözlərinin birləşməsi) adı ilə yeni bir super qitə yaranacaq.
Avstraliyanın Kurtin Texnologiya Universitetinin professoru Zeng-Xiang Li zəlzələdən sonra Nepala gedərək tektonik hərəkətlərlə bağlı məlumatları toplayıb. Zəlzələnin sonra bu bölgənin 3 metr sürüşdüyü müəyyənləşdirilib.
“Amasiya” super qitəsinin yaranacağı barədə iddialar isə yeni deyil. ABŞ-ın Yale Universitetinin elm adamları 2012-ci ildə bunun milyonlarla il sonra baş verə biləcəyini bildiriblər.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi