Kiyev Moskvadan 16 milyard dollar tələb edir
Bizi izləyin

Dünya

Kiyev Moskvadan 16 milyard dollar tələb edir

Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkəti Stokholm Arbitraj Məhkəməsi vasitəsilə Rusiyanın “Qazprom” şirkətindən 16 milyard dollar tələb edir.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, “Naftoqaz” şirkəti 2014-cü ilin oktyabr ayında Rusiya təbii qazının tranziti müqaviləsinə yenidən baxılması tələbi ilə Stokholm Arbitraj Məhkəməsi qarşısında iddia qaldırıb. "Naftoqaz" iddia ərizəsində mövcud müqavilənin ləğv edilməsini və Avropa Birliyinin üçüncü enerji paketinə uyğunlaşdırılmasını tələb edir. İddia ərizəsində həmçinin bildirilir ki, tranzit tarifləri Avropa normalarına uyğun olaraq hesablanmalıdır. İddiada Rusiyanın “Qazprom” şirkətinə ödənilən əlavə pulun geri qaytarılması tələbi əksini tapıb.

“Stokholm Arbitraj Məhkəməsində iddianın qaldırılmasından keçən yarım il ərzində beynəlxalq ekspertlər və hüquqşünaslar işin əhəmiyyətli hissəsini həyata keçiriblər. Bu iş sübut etməyə kifayət edir ki, tranzit müqavilə haqsızdır. Beləliklə, “Qazprom”a qarşı bizim iddialarımızın ümumi məbləği 16 milyard dolları keçir”, - Yasenyuk vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm