Qaradərilinin ölümündə suçlu bilinən polislər azad edildi
Bizi izləyin

Dünya

Qaradərilinin ölümündə suçlu bilinən polislər azad edildi

Baltimorda qaradərili Freddi Qreyin ölümündə suçlu bilinən polislər girov müqabilində azadlığa buraxılıblar.

Publika.azAssociated Press” agentliyinə istinadən xəbər verir ki, onların hər biri üçün 250-350 min dollar arası pul ödənilib.

Bunlar Sesar Qudson, Uilyam Porter, Alisiya Uayt, Brayan Rays, Harret Miller və Edvard Nerodur. Maraqlıdır ki, bu polislərdən elə üçü zəncidir.

Ştatın prokuroru Merilin Mosbi deyib ki, Qreyin həbsi qanuna zidd olub. Onu öldürüblər. Üstəlik 25 yaşlı gəncə vaxtında tibbi yardım göstərilsəydi, onu ölümdən xilas etmək olardı.

Polislərin həmkarlar ittifaqı isə bəyanat verib ki, Qreyin ölümünə görə polislər məsuliyyət daşımır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm