• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Buşa ayaqqabı atan jurnalist: “Öldürüləcəyim halda onu dərc etməli idilər” – VİDEO

  • Dünya
  • 7 May 2015 15:05
  • 412 Baxış
Buşa ayaqqabı atan jurnalist: “Öldürüləcəyim halda onu dərc etməli idilər” – VİDEO

2008-ci ilin dekabrında ABŞ-ın sabiq prezidenti Corc Buşa İraqda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atan iraqlı jurnalist Muntazar El Zeydi Rusiyanın RT telekanalına müsahibə verib.

Publika.az xəbər verir ki, iraqlı jurnalist ərəb mədəniyyətində başqasına ayaqqabı atmağın ən ağır təhqir olduğunu deyib.

“Corc Buş yalan danışdı və bildirdi ki, İraq sakinləri onu qızılgüllərlə qarşılayıblar. Səbəb isə o idi ki, 1,5 milyondan çox iraqlı öldürülüb, 5 milyondan çox qaçqın, 5 milyondan çox evsiz yetim uşaq və ərləri öldürülən milyonlarla dul qadın var. Buna İraqın təbii resurslarının talan olunmasını və ölkənin parçalanmasını da əlavə edin”, - Muntazar El Zeydi bildirib.

Zeydi etiraf edib ki, Corc Buşa ayaqqabı atmağı əvvəlcədən planlaşdırıb. Onun sözlərinə görə, bu hərəkətindən sonra öldürüləcəyi ehtimalını da düşünərək vida videoyazısını hazırlayıb: “Videoyazı hazırlamışdım və öldürüləcəyim halda onu yaymalı idilər. Amma mən sağam və həmin videoyazı indiyə qədər məndədir”.

Jurnalist həmin hadisədən sonra ona amansız işgəncələrin verildiyini deyib: “Dişlərimi, burnumu və ayağımı sındırdılar. Bundan başqa, elektroşok verdilər və ən müxtəlif üsullarla işgəncələrə məruz qaldım”.

Amma adi iraqlıların dəstəklədiyi Zeyd özünü qəhrəman hesab etmir: “Mən qəhrəman deyiləm. Amma mən həqiqətən də bütün İraq xalqının əhvali-ruhiyyəsini ifadə edirəm. Mənə dəstək məqsədilə keçirilən nümayişlər göstərdi ki, həmyerlilərim Amerika işğalına qarşı dayanacaqlar”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR