Təlim zamanı Rusiyanın yeni tankının mühərriki dayandı - FOTO
Bizi izləyin

Dünya

Təlim zamanı Rusiyanın yeni tankının mühərriki dayandı - FOTO

Moskvadakı Qızıl meydanda Qələbə paradı təlimi zamanı Rusiyanın son model “Armata” Т-14 tankının mühərriki dayanıb.

Publika.az-ın məlumatına görə, bu barədə hadisə şahidləri sosial şəbəkələrdə mühərriki sıradan çıxan tankın şəkilini paylaşıblar.

Şəkillərdə tankın yedəyə alındığı görünür.

Lakin bir müddət sonra təlim zamanı meydanda hərəkətsiz qalan tankın hərəkət edərək ərazidən çıxdığı bildirilir.

Bunu şərh edən diktor hadisəni vurulmuş texnikanın evakuasiyası üzrə təlim olduğunu vurğulayıb. Lakin "Uralavaqonzavod" şirkətinin direktor müavini Aleksey Jariç mühərrikin sönməsini əsgərin həyəcanlanması və texnikanın yeni və mürəkkəb olması ilə izah edib.

Bu fikrə hərbi ekspert Viktor Muraxovski də şərik çıxır. O, mühərrikin mexanikin səhvi nəticəsində söndüyünü güman edir.

Eskpertin sözlərinə görə "Armatanı" istehsal edən "Uralavaqonzavod" nümayəndəsi tanka oturan kimi onu yerindən tərpədə bilib.

"Аrmata" T-14 tankı Moskvada 9 May günü ilə bağlı paradda göstəriləcək yeni hərbi texnika nümunələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm