Krım niyə bu qədər təhlükəlidir? - Təhlil
Bizi izləyin

Dünya

Krım niyə bu qədər təhlükəlidir? - Təhlil

Kiyevdəki inqilabdan sonra, Ukraynada önə Krım çıxdı.Hadisələrin ağırlıq mərkəzi cənuba, Rusiya qüvvələrinin yerləşdiyi Krım yarmadasına keçib. Moskvanın addımlarına Kiyev ölkədə ümumi səfərbərlik elan etməklə cavab verib.Gərginlik niyə Krımda yaranıb? BBC-nin Krım hadisələrinə həsr olunmuş yazısı belə adlanır. Yazını icmal şəkildə təqdim edirik.

Krıımda separatçılıq üçün zəmin mövcuddur. Yarmadada 2.3 milyon əhali yaşayır, onların çoxu etnik rus və rusdilli əhalidir.Bölgə 2010-cu il prezident seçkilərində Viktor Yanukoviçə səs verib. Krım əhalaisinin əksəriyyəti Kiyevdə çevrilişin baş verdiyini düşünür. Nəticədə Krım parlamentində separatçılar Ukraynadan ayrılmaq məsələsini qaldırdılar.

Krım Ukraynadırmı?

Son 200 il ərzində Krım Rusiyanın nəzarəti altında olub. Lakin 1954-cü ildə Moskva vilayəti Ukraynaya hədiyyə edib. Etnik ruslar bu addımın "tarixi səhv" olduğunu deyirlər .Lakin Krım tatarları onların bir vaxtlar Ukraynada çoxluq təşkil etdiklərini diqqətə çəkirlər. Onlar adadan 1944-cü ildə nasist işğalçılarla əməkdaşlıq etdiklərinə görə Stalin tərəfindən deportasiya edilmişdilər.

2001-ci ilin statitikasına görə Krımda etnik ukraynalılar 24%, ruslar 58%, tatarlar isə 12% təşkil edib. 1991-ci ildə SSRİ dağılandan sonra tatarlar Krıma qayıtmağa başlayıblar. Bu etnik ruslarla Krım tatarları arasında torpağa görə gərginliyin artmasına səbəb olub.

Krımın hüquqi statusu

Qanunla Krım Ukraynanın tərkib hissəsidir. Bu statusu Rusiya 1994–cü ildə ABŞ, Britaniya və Fransa ilə birgə memorandum imzalayaraq təsdiqləyib.Muxtar respublikanın seçilən parlamenti var. Prezident vəzifəsi isə 1995-ci ildə rusiyapərəst separatçı siyasətçi böyük üstünlüklə qələbə qazandıqdan sonra ləğv edilmişdi.

Ötən həftə moskvapərəst şəxs Krım parlamenti tərəfindən yarımadanın Baş naziri təyin edilmişdi. Ötən şənbə günü, o, prezident Putinə yardım göstərmək xahişilə müraciət etmişdi.

Rusiya nə edir?

Rusiyanın Sevastopol üzərində icarə hüququ 2042-ci ilədəkdir.Rusiyanın Sevastopolda hərbi dəniz bazası var. Orada Rusiya Qara Dəniz donanması mənzillənir. İcarə müqaviləsi şərtlərinə görə, Rusiya rəsmi Kiyevi qoşunlarının hərəkəti barədə xəbərdar etməlidir.Lakin Moskva yarımadaya əlavə qüvvə gəndərərək Krımı nəzarətinə alıb. Moskva bunu etnik rusların təhlükəsizliyi üçün etdiyini deyir.

Krımda Rusiya pasportlarının paylanması xəbərləri verilib. Rusiyanın müdafiə qanunları icazə verir ki, xaricdə “Rusiya vətəndaşlarını müdafiə etmək üçün hərbi aksiyalara icazə verir.

Krım böhranı müharibəyə çevrilə bilərmi?

Rusiya Krıma əlavə qüvvə yeridə bilər.Vladimir Putin Ukraynada qoşun yeridilməsinə parlamentin icazəsini alıb.Kiyevdəki yeni hakimiyyəti "faşist höküməti" sayan Moskva bundan sonra Ukraynanın şəqindəki rusdilli əhalini müdafiə etmək məqəsədilə bu ölkəyə qoşun göndərə bilər.

Qanlı hadisələri istisna etmək çətindir. Ukraynanın qərbində millətçilər Moskvanın hərəkətlərindən qəzəblidirlər.Beynəlxalq səviyyədə də müəyyən tədbirlər görülə bilər - Qərb Krımın ələ keçirilməsini kəskin pisləyir.

Lakin NATO hərbi tədbir görüləcəyi ehtimalını istisna edib. Buna baxmayaraq, NATO-nun Mərkəzi Avropadan olan üzvləri qoşunların Polşa-Ukrayna sərhədində yerləşdirilməsini tələb edə bilərlər.

Qərb Rusiyaya qarşı sanksiyalar yeridə bilər, lakin prezident Putin güman edə bilər ki, Gürcüstan müharibəsindən sonra olduğu kimi bu dəfə də sanksiyalar uzun çəkməyəcək.

Yenə Krım müharibəsi?

Krım uğrunda müharibələr dəfələrlə baş verib.Krım uğrunda dəfələrlə müharibələr baş verib, yarımada əldən-ələ lkeçib.Belə müharibələrdən biri 1853-1856 ildə baş verib və məhşur "Sevastopolun mühasirəsi" də o zaman olub.

Həmin dövrdə dünya imperiyaları arasında gedən rəqabət müharibəyə səbəb olub. Osmanlı İmperiyasının zəiflədiyi dövrdə, Britaniya və Fransa Rusiyanın Balkanlara iddiasından narahat olduqlarından, rusları geriyə oturtmaq üçün Krıma qoşun göndəriblər. 4 il çəkən müharibə nəticəsində Rusiya məğlub olub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm