PKK Türkiyəni hədələdi
Bizi izləyin

Dünya

PKK Türkiyəni hədələdi

PKK terror təşkilatı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın qolu olan Kürd Cəmiyyətləri Birliyi (KCK) idarə heyətinin üzvü Murat Karayılan PKK lideri Abdullah Öcalanın yenidən təcrid edilməsinin atəşkəsin pozulmasına əsas verdiyini bəyan edib.

“Bir aydan çoxdur ki, Abdullah Öcalan ilə görüşlər dayandırılıb. İmralıdan xəbər ala bilmirik. Onun təcrid olunması bizim üçün atəşkəsin pozulmasına səbəbidir”, - Karayılan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm