ABŞ xüsusi təyinatlıları İŞİD liderini öldürdü
Bizi izləyin

Dünya

ABŞ xüsusi təyinatlıları İŞİD liderini öldürdü

ABŞ ordusu Suriyada İŞİD terror təşkilatına ağır zərbə vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ xüsusi təyinatlıların Suriyanın şərqində həyata keçirdiyi əməliyyatda İŞİD-in yüksək rütbəli komandirlərindən olan Əbu Səyyaf öldürülüb.

Əbu Səyyafın öldürüldüyü ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən də təsdiqlənib. Pentaqonun sözçüsü Eşton Karter İŞİD liderinin arvadının tutulduğunu bildirib.

Karter Əbu Səyyafın İŞİD-in hərbi əməliyyatlarında yaxından iştirak etdiyini, həmçinin neft, qaz və maliyyə əməliyyatlarında təşkilata yardım göstərdiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm