4 nəfər oteldə yandı
Bizi izləyin

Dünya

4 nəfər oteldə yandı

Mayın 16-dan 17-ə keçən gecə Yaponiyanın Kavasaki (Kanaqava prefekturası) şəhərində baş verən yanğın 4 nəfərin ölümü, 19 nəfərin isə xəsarət alması ilə nəticələnib. Polisin verdiyi məlumata əsasən, xəsarət alanlardan 16-sı xəstəxanaya yerləşdirilib. Onların 6-da kəskin yanıq, 3-də isə qazla zəhərlənmə halı qeydə alınıb.

Mehmanxananın binası taxtadan olduğuna görə yanğın sürətlə yayılıb. Alovun qarşısının alınmasına 20 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın yalnız səhərə yaxın söndürülüb.

Hadisə baş verən zaman mehmanxanada 40 nəfərin olduğu bildirilir.

Hazırda yanğınsöndürənlər və xilasedicilər hadisə yerində qırıntıların təmizlənməsi ilə məşğuldurlar. Şəhərin bələdiyyə xidmətinin verdiyi məlumata görə, bina sonuncu dəfə ötən ilin avqust ayında yanğındanmühafizə üzrə yoxlamadan keçirilib. Həmin vaxt heç bir qayda pozuntusu aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm