Putin Roma imperatoru qiyafəsində - FOTO
Bizi izləyin

Dünya

Putin Roma imperatoru qiyafəsində - FOTO

Rusiyanın Leninqrad vilayətində yerli kazak icmasının təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinin Roma imperatoru qiyafəsində büstü hazırlanıb.

Publika.az-ın məlumatına görə, Sankt-Peterburq şəhəri yaxınlığında qoyulan abidənin açılış mərasimi olub.

Büstün sinəsi Rusiya gerbi həkk olunmuş medalla bəzədilib.

Xəbərlərə görə, heykəlin başına dəfnə yarpaqlı çələngin taxılması da nəzərdə tutulubmuş, lakin son anda bu fikirdən imtina olunub.

Rusiya mətbuatına əsasən, süni sintetik materialdan olan büst skulptor Pavel Qreşnikovun emalatxanasında hazırlanıb.

"Bu obraz ", Deutsche Welle radiosuna açıqlama verərn Sant-Peterburq "İrbis" kazak icmasının atamanı Andrey Polyakov deyib ki, bu obraz Rusiya demokratiyasının rəmzidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm