“Google”da irqçilik problemi
Bizi izləyin

Dünya

“Google”da irqçilik problemi

Dünyanın ən məşhur axtarış sistemi olan “Google”un xəritə xidməti qəribə bir problemlə üz-üzə qalıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəritə xidmətinin istifadəçiləri irqçilik şoku yaşayıb.

“Washington Post”un gündəmə gətirdiyi məsələ, indi bütün dünya mətbuatının əsas mövzusuna çevrilib.

Belə ki, “Google map”də irqçiliklə bağlı sözlərin axtarışı istifadəçini ABŞ prezidentinin iqamətgahı olan Ağ evə istiqamətləndirirdi.

Başqa sözlə, iqrçiliklə bağlı axtarışlarda ilk sırada Ağ ev göstərilir. Bəzi irqçi sözləri axtaranda isə Çikaqoda bir televiziyanın ünvanını istiqamətləndirir.

Bu məsələ gündəmə gələndən sonra “Google” şirkəti problemi həll etsə də, problemin nədən qaynaqlandığı ilə bağlı açıqlama verməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm