Papa sirlərini açıqladı: “25 ildir ki...”
Bizi izləyin

Dünya

Papa sirlərini açıqladı: “25 ildir ki...”

Katoliklərin ruhani lideri Papa Fransisk özəl həyatı ilə bağlı bəzi məqamları açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk Argentinanın “La Voz Deş Pueblo” qəzetinə müsahibəsində 25 ildir televiziyaya baxmadığını söyləyib.

Papa Məryəm Anaya söz verdiyi üçün 1990-cı ildən bu yana televiziyanı həyatından çıxardığını bildirib. O, internetdən də istifadə etmədiyini, amma gündə maksimum 10 dəqiqə qəzet oxuduğunu deyib. Papa azarkeşi olduğu Argentinanın “San Lorenzo” futbol klubunun matçları ilə bağlı məlumatları isveçrəli mühafizəçilərindən aldığını etiraf edib.

Gün ərzində 6 saat yatdığını deyən Papa Fransisk hər səhər saat 4-də qalxdığını bildirib. O, küçələrə çıxmaq, küçələrdə gəzmək, ya da bir pizzaçıya gedərək gözəl bir pizza yeməyi üçün darıxdığını qeyd edib. Papa Fransiskin sözlərinə görə, katolik lideri olacağına heç ümid etmirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm