“Separatçılara hücum əmri Moskvadan verilib” - RƏSMİ
Bizi izləyin

Dünya

“Separatçılara hücum əmri Moskvadan verilib” - RƏSMİ

“G7-nin sammiti ərəfəsində Rusiya növbəti dəfə Minsk razılaşmalarını pozdu və separatçılara hərbi əməliyyatı başlamaq barədə göstəriş verdi”.

Publika.az “censor.net.ua” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirib.

Baş nazir vurğulayıb ki, istənilən diplomatik səylər güclü və peşəkar ordu, həmçinin Qərb partnyorlarının birgə səyləri ilə möhkəmləndirilməlidir.

“Bu, dünya cəmiyyəti üçün daha bir çağırışdır. Gözləyirik ki, G7 sammitində dünya cəmiyyəti Rusiya təcavüzünə düzgün və adekvat cavab verəcək”, - Arseniy Yasenyuk söyləyib.

Qeyd edək ki, separatçılar bu gün səhər saatlarından Krasnoqorovka və Marinka rayonlarını artilleriya atəşinə tutublar. “Donetsk Xalq Respublikası” separatçı qurumdan verilən məlumata görə, Marinka şəhəri “azad olunub”. Kiyev isə xəbəri hələ təsdiqləməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm