Putin nüvə silahından istifadə edəcək – Britaniyadan ŞOK İDDİA
Bizi izləyin

Dünya

Putin nüvə silahından istifadə edəcək – Britaniyadan ŞOK İDDİA

“Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin siyasətinə qarşı durmaq üçün dərhal özlərinin qeyri-nüvə silahının effektivliyini yüksəltməlidir”.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Kral İnstitutunun beynəlxalq münasibətlər üzrə mütəxəssisləri belə bir qənaətə gəliblər.

Hazırlanan məruzənin müəllifləri arasında Britaniyanın Rusiyadakı iki keçmiş səfiri Roderik Layna və Endrü Vud da yer alıb. Məruzədə qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra qurulan dünya sisteminin pozulması Avropa Birliyi və NATO-nun mövcudluğunu təhlükə altına qoya bilər. Sənəddə qeyd edilir ki, Avropa bu nizamın saxlanılması məsələsinin öhdəsindən gələ bilmir.

Məruzənin müəllifləri hesab edirlər ki, Avropa dövlətləri son illər Rusiyadan gələn təhlükəni qiymətləndirə bilməyib və Ukraynaya edilən təcavüzə cavab verməyi, həmçinin yaranmış vəziyyətdə Kiyevə effektiv yardım etməyi bacarmayıb.

Məruzədə deyilir ki, Vladimir Putinin ambisiyaları Qərb tərəfindən daim “zəif və tutarsız reaksiya” ilə qamçılanıb. Qərbin Abxaziya və Cənubi Osetiyanın tutulması zamanı özünü daha aciz göstərdiyi vurğulanıb. “Kreml hesab edir ki, öz prinsiplərinin müdafiəsi üçün Avropada kifayət qədər iradə yoxdur. Rusiya 10 ildən çoxdur ki, öz ambisiyaları və maraqlarını aydın şəkildə ifadə edir. Amma Qərb buna məhəl qoymur. Yaxud da öz fantaziyalarına güvənir ki, Rusiya guya liberal demokratiyaya doğru irəliləyir”, - məruzədə deyilir.

Britaniyalı mütəxəssislər hesab edirlər ki, Rusiya və Avropa dövlətlərinin Ukrayna münaqişəsinin nəticəsi olaraq birbaşa toqquşması istisna edilmir. Eyni zamanda sənədin müəllifləri qeyd edirlər ki, qarşıdurmanın genişlənəcəyi halda Rusiyanın taktiki nüvə silahından istifadə etməyəcəyinə dair təminat yoxdur. İnstitutda hesab edirlər ki, Vladimir Putin belə bir addıma getməyə hazırdır, ancaq Qərb liderləri sadəcə buna inana bilmirlər.

Ekspertlərin fikrincə, Qərbin yenidən silahlanma üzrə genişmiqyaslı proqramı Rusiyaya nümayiş etdirəcək ki, Avropa ehtiyac olduğu halda hərbi əməliyyatlara hazırdır: “Çünki Rusiya prezidenti artıq göstərib ki, Qərb liderlərinin zəifliyindən istifadə etməyə hazırdır”.

“NATO öz nüfuzunu saxlamalıdır. Nümayiş etdirməlidir ki, “hibrid müharibəsi”nə reaksiya sərt olacaq. Ukrayna münaqişəsi Avropanın gələcək təhlükəsizliyi müəyyən edən əsas hadisə olub. Ukraynanın iflası Şərqi Avropada qeyri-sabitliyi dərinləşdirəcək, Kremlin növbəti macərasının riskini yüksəldəcək və Rusiyada gələcəkdə müsbət dəyişikliyiklər üçün imkanları azaldacaq”, - məruzənin müəllifləri yazırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm