Krım səlahiyyətliləri barədə həbs, Yanukoviç barədə sanksiya qərarı çıxdı- -YENİLƏNDİ
Bizi izləyin

Dünya

Krım səlahiyyətliləri barədə həbs, Yanukoviç barədə sanksiya qərarı çıxdı- -YENİLƏNDİ

Kiyev rayon məhkəməsi Krım səlahiyyətliləri barədə həbs qərarı çıxarıb

Viktor Yanukoviç və oğlu Aİ sanksiyalarının tətbiq ediləcəyi şəxslər sırasındadır.

Avropa İttifaqı Ukrayna büdcəsini mənimsəmək və insan haqlarını pozmaqda ittiham edilən 18 ukraynalı siyasətçi barəsində iqtisadi sanksiyaların tətbiqi barədə qərarını açıqlayıb.

Sanksiyalar ilk növbədə, devrilmiş prezident Viktor Yanukoviç və onun tərəfdarları, sabiq baş nazir Nikolay Azarov, sabiq daxili işlər naziri Vitali Zaxarçenko, sabiq ədliyyə naziri Yelena Lukaş aid olacaq. Həmçinin Yanukoviçin oğlu da sanksiya tətbiq ediləcək şəxslər sırasındadır.

Bundan əvvəl, Böyük Britaniya, Avstriya, İsveçrə və Lixtenşteyn ukraynalı diplomatların bank hesablarını dondurub.

Fevralın 21-də ABŞ və Aİ bəyan edib ki, Kiyevdə Maydan hadisələri zamanı qanlı hadisələrə görə məsuliyyətli sayılan şəxslərə qarşı sanksiyalar ətrafında hazırlıq gedir.Sanksiylara əsasən, onların hesablarını dondurmaq və viza verməmək təklif edilirdi.

10.55

Kiyev rayon məhkəməsi Krım hökumətinin başçısı Sergey Aksenov və muxtar respublika parlamentinin sədri Vladimir Konstantinov-un həbs olunması haqqında qərar çıxarıb.Publika. Az xəbər verir ki,b u barədə Ukrayna baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.Hər iki şəxs konstitusiyanı pozmaqda, hakimiyyəti zor gücünə ələ keçirməkdə ittiham olunur.

Fevralın sonunda Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyətdən devrilib. Bundan sonra Krımda yeni hakimiyyəti tanımaqdan imtina olunub. Vladimir Konstantinovun rəhbərliyi altında Krım parlamenti muxtar respublika hökumətini istefaya göndərib və “Vahid Rusiyaının lideri Sergey Aksenov hökumətin başçısı təyin edilib.

Kiyev Krımın yeni hakimiyyətini ligitim saymır.Baş nazir olandan sonra Sergey Aksenov regiondan sülhün qorunması üçün Rusiya prezidentinə müraciət edib.

Bu müraciətdən sonra martın 1-də Rusiya Federasiya Şurası Rusiya hərbi kontingentinin Ukrayna ərazisinə daxil olmasına razılıq verib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm