Avropaya növbəti zərbə
Bizi izləyin

Dünya

Avropaya növbəti zərbə

İngiltərə ingilis məhkəməsi üzərindəki təsirini azaltmaq üçün Avropa İnsan Hüquqları Konvensiyasından çıxa bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş naziri Devid Kameron ölkə parlamentində çıxışında söyləyib.

“İngilis məhkəmələrində qərarların ingilis hakimlər tərəfindən qəbul olunmasını istəyirik. Seçki platformamızla açıqladığımız planlarda Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaq yer almayıb. Ancaq açıq danışıram, ehtiyacımız olan şeylərin reallaşdırılması üçün hər ehtimala açığıq”, - baş nazir deyib.

İngiltərə Avropa İnsan Hüquqları Konvensiyasına 1951-ci ildə qoşulub və 1998-ci ildə İnsan Hüquqları Aktı ilə ölkədaxili hüquqa daxil edib. Kameronun liderlik etdiyi Mühafizəkarlar Partiyası onun əvəzinə “İngiltərə Hüquqlar Aktı”nın qəbul edilməsini istəyir. Amma mövzu ilə əlaqədar partiya daxilində fikir ayrılıqları var. Partiyanın bəzi liderləri İnsan Hüquqları Aktının dəyişdirilməsinə açıq şəkildə qarşı çıxırlar.

Mühafizəkarlar parlamentin 650 yerlik alt qanadında yalnız 12 nəfərlik bir əksəriyyətə sahibdir. Buna görə də Kameronun müxalifətlə bu məsələdə razılaşması lazımdır.

Qeyd edək ki, Kameronun seçki vədlərindən biri də ölkəsinin Avropa Birliyinə üzvlüyünü 2017-ci ilə qədər referenduma aparmaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm