9 saat döyüb, boyunlarından it leşi asdılar – FOTOLAR
Bizi izləyin

Dünya

9 saat döyüb, boyunlarından it leşi asdılar – FOTOLAR

Çində itləri oğurlayaraq qətlə yetirən şəxslər sakinlər tərəfindən cəzalandırılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çin kəndlərinin birində baş verən hadisədə it oğruları sakinlər 9 saat müddətində döyüb, sonra onları sütuna bağlayaraq qətlə yetirdikləri itləri boyunlarından asıblar.

Hadisə Hunan əyalətində baş verib. Belə ki, sakinlər yemək üçün iki oğrunun itləri öldürməsinə şahidlik edib. Bundan qəzəblənən sakinlər oğruları tutublar. Kənd sakinləri oğruları dəmir alətlə döydükdən sonra üstlərinə benzin tökərək yandırmağa cəhd ediblər. Lakin hadisədən xəbər tutan polislər əraziyə gələrək oğruları qəzəblənmiş kütlənin əlindən alıblar.

Oğrular polis bölməsinə aparılıb və 1 milyon yuan (162 min dollar) miqdrında cərimə olunublar. Oğrular cəriməni ödəyəcəkləri təqdirdə azad olunacaqlar.

Bu xəbərdən sakinlər daha da hiddətlənib və polis bölməsinə hücum edərək polis maşının şüşələrini sındırıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm