Moskvanın 10 iddiasına Vaşinqtondan 10 təkzib
Bizi izləyin

Dünya

Moskvanın 10 iddiasına Vaşinqtondan 10 təkzib

ABŞ Dövlət Departamentinin saytında Rusiya prezidenti Vladimir Putinin Ukrayna böhranı ilə bağlı 4 Mart tarixində keçirdiyi mətbuat konfransında irəli sürdüyü 10 iddianı təkzib edən yazı yerləşdirib.Publika.Az –ın verdiyi xəbərə görə, yazı “Prezident Putinin nağılları: Ukrayna haqqında 10 yanlış bəyanat” adlanır.

V.Putinin təkzib olunan iddiaları isə aşağıdakılardır:

1. Putin deyir: Krımdakı Rusiya qoşunları yalnız Rusiya hərbi hissələrini müdafiə edir. Dövlət binaları və hərbi obyektləri tutanlar isə “özünümüdafiə qrupları”dır.

Fakt: “Özünümüdafiə qrupları” fərqləndirici nişanları olmayan uniformalar geyinsə də, Rusiya hərbi nömrələrini daşıyan nəqliyyat vasitələrindən idarə edirlər. Bundan başqa, bu insanlar silahlıdırlar. Bir qayda olaraq mülki şəxslər üçün bu silahlar əlçatmazdır.

2. Putin deyir: Rusiyanın hərəkətləri Ukrayna və Rusiya Federasiyası arasında 1997-ci ildə imzalanan dostluq müqaviləsinə müvafiqdir.

Fakt: 1997-ci il razılaşması Rusiyadan Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi tələb edir. Rusiyanın Krımdakı hərbi hərəkətləri ərazi bütövlüyünün açıq pozuntusudur.

3. Putin deyir: Müxalifət 21 Fevral razılaşmasına əməl etməyib.

Fakt: 21 Fevraldan razılaşmasına görə, parlament 2004-cü il Konstitusiyasının bərpası ilə bağlı qanun layihəsini qəbul etməli idi. Viktor Yanukoviç isə 24 saat ərzində göstərilən qanunverici aktı imzalamalı idi. Ancaq V.Yanukoviç bunu etməkdən imtina edərək qaçdı.

4. Putin deyir: Ukraynanın yeni hökuməti legitim deyil, Yanukoviç əvvəlki kimi Ukraynanın qanuni prezidentidir.

Fakt: 4 Mart tarixində Putin özü bildirib ki, Yanukoviçin “siyasi gələcəyi yoxdur”. Bundan başqa ölkədən qaçan Yanukoviçə onun partiyası da qarşı çıxdı, prezidentin vəzifəsindən kənarlaşdırılmasına səs verdi və yeni hökuməti dəstəklədi. Ukraynanın yeni hökuməti deputatların 82 faizinin dəstəyini qazanıb.

5. Putin deyir: Ukraynadakı humanitar böhranla əlaqədar yüz minlərlə ukraynalı sığınacaq üçün Rusiyaya qaçır.

Fakt: Bu gün humanitar böhranın olduğunu, həmçinin ukraynalıların Rusiyaya qaçdığını sübut edən heç bir fakt yoxdur. Beynəlxalq təşkilatlar Ukrayna sərhədçiləri ilə danışıb və onlar bu iddiaları təkzib ediblər. Sərhəddə olmuş müstəqil jurnalistlər də bu iddianı təsdiq etmirlər.

6. Putin deyir: Etnik ruslar təhdid altındadırlar.

Fakt: Rusiya mətbuatı və Rusiya dövlət televiziyasından başqa heç bir yerdə bu barədə xəbərlər yoxdur. Rrezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov da regional səviyyədə rus dilindən istifadəni məhdudlaşdıran qanunu imzalamaqdan imtina edib. Etnik ruslar özləri də təsdiq edirlər ki, onlar təhdid olunmurlar.

7. Putin deyir: Rusiya hərbi bazaları təhdidi altındadır.

Fakt: Ukraynanın yeni hakimiyyəti qüvvədə olan bütün beynəlxalq razılaşmalara, həmçinin Rusiya bazalarının status ilə bağlı razılaşmalara riayət edəcəyini bildirib. Krımda təhdid altında olan bazalar məhz Ukraynanın hərbi bazalarıdır.

8. Putin deyir: Ukraynanın cənub və şərqində yerləşən kilsələr və sineqoqlara kütləvi hücumlar olub.

Fakt: Ukrayna dini liderləri bildirirlər ki, ölkədə kilsələrə hücumlarla bağlı heç bir fakt qeydə alınmayıb. Ukraynanın bütün kilsə liderləri ölkəni milli birliyə çağıraraq yeni siyasi rəhbərliyə dəstəyini ifadə ediblər. Yəhudi qrupları da bildirir ki, onlar antisemitzmin təzahürünü müşahidə etməyiblər.

9. Putin deyir: Kiyev Krımda stabilliyi pozmağa çalışır.

Fakt: Ukraynanın müvəqqəti hökuməti dialoq çağırışı ilə çıxış edib. Rusiya qoşunları isə Krımdakı dövlət binalarını tutmaq üçün dislokasiya olunmuş ərazini tərk ediblər.

10. Putin deyir: Parlament ekstremistlər və terrorçuların təsiri altındadır.

Fakt: Parlament Ukraynada əsas nümayəndəlik qurumudur. Burada qanunlar böyük əksəriyyət tərəfindən qəbul edilir. Radikal millətci qrupların nümayəndələri isə parlamentdə təmsil olunmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm