Ukraynanın Hərbi Dəniz Qüvvələrinin qərargahı yenidən mühasirəyə alınıb - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ukraynanın Hərbi Dəniz Qüvvələrinin qərargahı yenidən mühasirəyə alınıb - YENİLƏNDİ

Ukraynanın Sevastopoldakı Hərbi Dəniz Qüvvələrinin qərargahı yenidən mühasirəyə alınıb. Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “RBK-Ukrayna” saytı yazıb.

Hərbi Dəniz Qüvvələrinin qərargahından verilən məlumata görə, Sevastopol körfəzi də mühasirəyə alınıb. Ukraynanın “Slavutiç” və “Ternopol” gəmilərinin Rusiya 4 gəmisinin mühasirəsində olduğu bildirilir.

Ömər Dağlı

13.33

Rusiyanın Krımdakı hərbçiləri bu gecə Ukrayna Dövlət Sərhəd Xidmətinin iki məntəqəsinə iki dəfə hücüm edib.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, avtomat silahlar və qumbaraatanlarla silahlanan Rusiya hərbçiləri mobil sərhəd məntəqələrini mühasirədə saxlayır.

İlk hücumun yerli vaxtla saat 01:00-də, ikinci hücumun isə 03:00-də edildiyi bildirilir. “Yevpatoriya” sərhəd xidməti məntəqəsinə edilən hücumda “Ural”, “Kamaz” və “Tiqr” olmaqla 8 avtomobil, eləcə də 50 hərbçinin iştirak etdiyi deyilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sərhəd xidməti məntəqələrini mühasirəyə alan hərbçilərlə hazırda danışıqlar aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm